bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Makronun tamaşaya baxdığı teatra hücum olub - Video

18-01-2020, 15:06 100 dəfə baxılıb

Makronun tamaşaya baxdığı teatra hücum olub - Video
Parisdə etiraz aksiyasının iştirakçıları Fransa Prezidenti Emmanuel Makronun tamaşaya gəldiyi teatra girməyə çalışıblar.
“Figaro” qəzetinin verdiyi məlumata əsasən, nəticədə Fransa lideri Buf-dü-Nor teatrından polisin müşayiəti altında çıxıb.

Prezidentin teatrdan çıxarılması üçün asayiş keşikçilərinin etirazçıları sıxışdıraraq, xüsusi dəhliz yaratmalı olduğu qeyd edilir.

Bildirilir ki, bu zaman vəziyyət gərgin olsa da, toqquşma ilə nəticələnməyib.

Qeyd edək ki, hökumətin apardığı pensiya islahatı ötən ilin dekabrın 5-dən Fransada kütləvi aksiyalara səbəb olub. Nümayişləri təşkil edən Fransa Həmkarlar İttifaqının üzvləridir.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30