bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İsrail “Əsrin sövdələşməsi” ilə əlaqədar fələstinlilərlə danışıqlara hazırdır

29-01-2020, 10:47 68 dəfə baxılıb

İsrail “Əsrin sövdələşməsi” ilə əlaqədar fələstinlilərlə danışıqlara hazırdır
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin fələstinlilərlə ABŞ-ın Yaxın Şərq Sülh planı - “Əsrin sövdələşməsi” üzrə danışıqlar aparmağa hazır olduğunu söyləyib.
RİA Novosti-nin verdiyi xəbərə görə, Netanyahu bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında açıqlamasında deyib.

"İsrail sülh danışıqlarına başlamağa hazırdır. Fələstinlilərin nə qərar verməsindən asılı olmayaraq, İsrail növbəti dörd il ərzində sülh yolunu davam etdirəcək”, - deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur. Təxminən üç il əvvəl sülh təşəbbüsü ilə ortaya atılmış plan Taumpın müşaviri Jared Kuşner və ABŞ liderinin köməkçisi Jeyson Qrinblatt tərəfindən hazırlanıb.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031