bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İranda koronavirusdan ölənlərlə bağlı qorxunc açıqlama

20-02-2020, 11:17 76 dəfə baxılıb

İranda koronavirusdan ölənlərlə bağlı qorxunc açıqlama
Qum şəhərində koronavirusdan ölən iki iranlı çinlilərlə və ya Çində olan şəxslərlə əlaqədə olmayıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin İnfeksion xəstəliklərlə mübarizə komitəsinin üzvü Məsud Mərdani “RİA Novosti”yə bildirib.

Fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.

Yoluxmanın necə baş verməsinin müəyyən olunmaması ekspertlər tərəfindən qorxunc hal kimi qiymətləndirilib.

İran Səhiyyə Nazirliyinin nümayəndəsi ölkənin digər ərazilərində yoluxma halları barədə informasiya almadığını vurğulayıb.

Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Qadir koronavirus şübhəsi olan insanların karantində saxlanılması üçün ölkədə iki xəstəxananın ayrıldığını bəyan edib. Bununla belə, o, Qumda virusla bağlı məsələnin nəzarətdə olduğunu vurğulayıb.

IRIB xəbər yayıb ki, Qumda koronavirusla bağlı məsələnin araşdırılması üçün məktəb və universitetlərdə dərslər təxirə salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30