bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Aİ-də Trampın Avropaya qoyduğu qadağa müzakirə ediləcək

12-03-2020, 14:05 49 dəfə baxılıb

Aİ-də Trampın Avropaya qoyduğu qadağa müzakirə ediləcəkAvropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın bir ay müddətinə Avropadan ABŞ-a olan uçuşlara qadağa tətbiqini müzakirə edəcək.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.

"Prezident Donald Trampın uçuş qadağasını elan etməsinin ardınca bu gün biz vəziyyəti qiymətləndirəcəyik. İqtisadi iflasa yol verilməməlidir. Avropa COVID-19 virusunun yayılmasının qarşısını almaq, onun təsirə məruz qalanların sayını məhdudlaşdırmaq və tədqiqatları dəstəkləmək üçün bütün lazımi tədbirləri görür", - deyə Ş. Mişel qeyd edib.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar ABŞ Prezidenti D. Tramp 30 gün ərzində Avropadan ABŞ-a bütün sərnişin təyyarələrinin uçuşlarına qadağa qoyub.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30