bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Moskvada yeni qadağa və məhdudiyyətlər qoyulur

11-04-2020, 13:38 136 dəfə baxılıb

Moskvada yeni qadağa və məhdudiyyətlər qoyulur
Aprelin 13-dən Rusiyanın Moskva şəhərində koronavirusla mübarizə məqsədi ilə bir sıra əlavə qadağa və məhdudiyyətlər tətbiq olunacaq.
“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bunu şəhər meri Sergey Sobyanin açıqlayıb. Onun sözlərinə görə, bu tədbirlər 19 aprelə qədər davam edəcək.

Mer bildirib ki, koronavirusa yoluxma təhlükəsi geri çəkildiyində paytaxt normal həyata qayıtmağa başlayacaq.

Qeyd olunan müddət ərzində aşağıda sadalanan məhdudiyyətlər tətbiq olunacaq:

Buraxılış rejimi. Onu üç mərhələli tətbiq edəcəklər: birinci işə getməyə, ikinci şəhərdaxili hərəkətə aid ediləcək, üçüncü isə yaşayış rayonu daxilində hərəkətə şamil oluna bilər;

Karşerinq (avtomobil kirayəsinin bir növü - red.) xidmətlərinin göstərilməsi dayandırılır;

Tibbi təyinatlı obyektlərin tikintisi və fasiləsiz işlər istisna olmaqla, tikinti dayandırılır;

Fasiləsiz çalışan müəssisələr istisna olmaqla, bir çox təşkilatların işi dayandırılır və ya məhdudlaşdırılır. Tibbi təşkilatlar, hakimiyyət orqanları, hüquq mühafizə orqanları, banklar, rabitə və nəqliyyat müəssisələri, KİV işini davam etdirir. Bu, həmçinin Müdafiə Sənaye Kompleksi və aviatikinti müəssisələrinə, “Roskosmos” və “Rosatom”a aid olmayacaq.

Qeyri-profil təşkilatlar tərəfindən tibbi xidmətlərin göstərilməsi müvəqqəti dayandırılır.

Təxirəsalınmazlar istisna olmaqla, istənilən alışla bağlı müqavilələrin bağlanması dayandırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30