Ukrayna Milli Qvardiyasının komandanı koronavirusa yoluxub
Ukrayna Milli Qvardiyasının komandanı, general-leytenant Nikolay Balan koronavirusa yoluxub.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Nikolay Balana aprelin 17-də koronavirus diaqnozu qoyulub, daha sonra isə karantinə alınıb.
Məlumata görə, Balanda xəstəlik demək olar ki, asimptomatik keçir və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Eyni zamanda onunla təmasda olanlar da araşdırılaraq, Covıd-19 testindən keçiriləcək.
Bildirilir ki, Milli Qvardiya komdanının vəzifələrini general-leytenant Vladimir Kondratyuk icra edir.
Qeyd edək ki, Ukraynada 4 min 600 nəfər koronavirusa yoluxub, 125 nəfər dünyasını dəyişib.