bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qonşumuzda qeyri-adi kinoteatr təşkil olundu - Foto

3-05-2020, 11:34 117 dəfə baxılıb

Qonşumuzda qeyri-adi kinoteatr təşkil olundu - Foto
İranda əhalinin asudə vaxtının səmərəli təşkili və koronavirusun yayılmaması üçün xüsusi “avtomobil kinoteatrı” təşkil olunub.

Kult.az xəbər verir ki, Tehrandakı Milad qülləsi ətrafındakı geniş ərazidə böyük ekran quraşdırılıb və İranın milli istehsalı olan filmlər nümayiş etdirilir. Tamaşaçılar isə avtomobillərindən düşmədən filmi seyr edirlər. Çox da baha olmayan bileti internet üzərində də almaq olar.

“Kinoteatr"a daxil olmazdan əvvəl avtomobillər dezinfeksiya edilir. Tehran sakinləri burada sosial məsafəni gözləməklə asudə vaxtlarını səmərəli keçirirlər.

Açıq havada təşkil edilən “kinoteatr"da filmlər yalnız axşam vaxtları nümayiş edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031