Bu ölkədə karantin rejiminə qarşı etirazlar başlayıb
Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağalara etiraz olaraq keçirilən iğtişaşlarda 5 asayiş keşikçisi yaralanıb.
APA-nın verdiyi məlumata görə, bu barədə şəhər polisi məlumat yayıb.
Bildirilib ki, etiraz nümayişində minə yaxın şəhər sakini iştirak edib: "Ümumilikdə, polis tərəfindən 300-dən çox iğtişaşçı saxlanılıb. Onların əksəriyyəti barəsində xüsusi karantin rejiminin tələblərini kobud surətdə pozduqlarına, eyni zamanda hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərmə, hücum etmə, bədənə xəsarət yetirməyə görə cinayət işləri başlanılıb”.
Xatırladaq ki, artıq bir neçə həftədir ki, Almaniyanın müxtəlif şəhərlərində analoji etiraz aksiyaları keçirilir.