Baş həkimdən iyrənc addım: Qadın işçisini içki ilə yatırdıb…
Baş həkim iş yoldaşını dərman və içki ilə yatızdırdıqdan sonra ona təcavüz edib.
“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Kırklareli vilayətində qeydə alınıb.
Qadın həkimin sözlərinə görə, o, həmin gün sevgilisindən ayrıldığı üçün özünü pis hiss edib və baş həkimdən sakitləşmək üçün dərman alıb:
“Saat 20:00 radələrində xətəxananın təcili yardım xidmətində işlədiyim əsnada yanıma gəlib yenə dərman verdi. Mən də istifadə etdim. Sonra “WhatsApp”dan “Mən otağımdayam. Şərab və viski var” kimi mesaj atdı. Mən cavab vermədim.
İsmarıcdan 30-40 dəqiqə sonra yanıma gəlib, otağına çağırdı. Otağa girdiyimdə qədəhlərdə içkilər var idi. Gün ərzində mənə üçüncü dərmanı verdi. O, bir şüşə şərab açdı və mənim də içməyimi istədi. Dərmanların təsirindən adekvat düşünə bilmirdim. Təkid etdiyi üçün onunla birlikdə içdim. Sonra özümü pis hiss etməyə başladım. O, məni xəstəxana çarpayısına uzadıb qapını kilidlədi və mənə təcavüz etdi. Müqavimət göstərmək istəsəm də, çox halsız idim, qaça bilmədim”.
Qadın özünə gələndən sonra polisə müraciət edib. Məhkəmənin qərarı ilə A.Ç. həbs olunub.