Ermənistan ordusunun bu hərəkətləri yolverilməzdir - Tatar
Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalmasını qətiyyətlə pisləyirəm.
Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Baş naziri Ərsin Tatar deyib.
O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin hərəkətləri yolverilməzdir:
“Türkiyə Kipri Azərbaycanı dəstəkləyib və Azərbaycandakı qardaşlara dəstəyini davam etdirəcək. Türkiyə bu məsələdə lazım olan hər şeyi edir”.