bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Erməni dilində səlis danışan kəşfiyyatçımız necə Şəhid olub? - DETALLAR

3-12-2020, 22:59 188 dəfə baxılıb

Erməni dilində səlis danışan kəşfiyyatçımız necə Şəhid olub? -  DETALLAR
Xidmət yolaşları onu "Mixaylo" kimi tanıyıb sevmişdi.

Bizimlider.com məlumatına görə, ingilis, rus və erməni dillərini bilən kəşfiyyat komandiri Mixayıl Həmidovdan gedir.

Mixayıl Həmidov Füzuli uğrunda gedən döyüşlərdə bir neçə düşmən postunun ələ keçirilməsində xüsusi rol oynayıb. O qədər qorxmaz olub ki, düşmənlə üz-üzə gəlib, əlbəyaxa döyüşməkdən belə çəkinməyib. Elə bu qorxmazlığına görə düşmən hərbçiləri onun qarşısında davam gətirə bilməyib, öz postlarını qoyaraq qaçıblar.

Hərbçi yoldaşları peşəkar kəşfiyyatçı və cəsarətli döyüşçü olduğu üçün ona "Mixaylo" adı veriblər. O, əsl kəşfiyyatçı olub və bacarıqları sayəsində ordumuzun sürətlə irəliyə doğru getməsinə şərait yaradıb. Mixayıldan geriyə indi balalarının, ailəsinin yeganə təsəllisi olan şəkil qalıb. O şəkil ki, şəhadətə yüksəlmədən öncə çəkdirmiş və ailəsinə göndərmişdi.

Rahat uyu, igid! Bu xalq Mixayloları unutmaz, qəhrəmanlarını yaddan çıxarmaz!
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930