Almaniya xüsusi reys ilə Yerevana 30 tona yaxın humanitar yardım göndərib
Almaniya Federal Müdafiə Nazirliyinin xüsusi reysi vasitəsilə Yerevana 30 tona yaxın humanitar yardım – dərman, tibbi avadanlıq, sosial sahə üçün zəruri olan müxtəlif əşyalar gətirilib.
Qazet.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Xatırladaq ki, noyabr ayının əvvəllərində Almaniyadan əsasən dərman və tibbi avadanlıqlarla dolu bir tonluq humanitar yardım da göndərilmişdi.