bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”

16-02-2021, 11:28 156 dəfə baxılıb

Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Armnyus" telekanalına müsahibə verib.

Bizimlider.com bizimedia-ya istinadən xəbər verir ki, Sarkisyan müsahibəsində mövcud hakimiyyət və Qarabağ münaqişəsi ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.

Hakimiyyətdə olduğu dövrdə Qarabağla bağlı "qırmızı xəttlərin" olduğunu bildirən Sarksiyan, hazırkı hakimiyyətin bu qədər prinsipial olmadığını da əlavə edib.

Onun fikrincə, Qarabağın Azərbaycanın tərkibində olması əsas "qırmızı xətt" idi.

Sarkisyan özünün məşhur "Ağdam bizim vətənimiz deyil" sözünə lağ edən və Ağdamın fonunda selfie çəkdirən insanların öz "vətənlərini" necə qoruduqlarına da diqqət çəkib.

Hakimiyyəti dövründə hər zaman ərazi güzəştlərinə hazır olduğunu qeyd edən Sarkisyan, Qarabağ münaqişəsini danışıqlar masasına qaytarmağın lazım olduğunu qeyd edib.

O, "mövcud hakimiyyətin ən böyük problemi məhz bu idi, Nikol Paşinyan isə danışıqların mahiyyətini başa düşə bilməmişdi",-deyə bildirib.

Sarkisyan müsahibəsində eyni zamanda Aprel döyüşlərinə də toxunub. Ermənistanın ciddi itkilər verdiyini inkar edərək, əksinə Azərbaycanın çoxsaylı itkilərinə görə atəşkəs istədiyini və Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930