bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

SON DƏQİQƏ! İranda dəhşət: Ordu silahdan istifadə edir - Çox sayda ölü və yaralı var

23-02-2021, 22:04 150 dəfə baxılıb

SON DƏQİQƏ! İranda dəhşət: Ordu silahdan istifadə edir - Çox sayda ölü və yaralı var
İranın Pakistanla sərhəddə yerləşən Saravan rayonunda təşkil edilən etiraz aksiyaları zamanı qarşıdurma baş verib.

Bizimlider.com Metbuat.az-a istinadən xəbər verir ki, ordunun nümayişçilərə müdaxiləsi nəticəsində azı 10 nəfər həyatını itirib. Çox sayda yaralı var. Qeyd edək ki, qanunsuz benzin ticarəti ilə məşğul olan çox sayda insan iki gündür İran-Pakistan sərhədində gözləyir. Onlar sərhəd qapılarının açılmasını tələb edir. Lakin sərhədçilərin tələbi geri çevirməsi gərginliyə yol açıb. Hərbçilər odlu silahdan istifadə edib. Bölgədə gərginlik davam edir.

Qeyd edək ki, yeni qanuna əsasən sərhəd bölgələrində benzin satışını yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri həyata keçirə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30