Ərdoğan Rusiyanın Türkiyə ilə uçuşlarını bərpa etmək qərarını alqışladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səlahiyyətlilərinin uçuşları bərpa etmək qərarını müsbət qarşılayıb.
“Anadolu” agentliyi yazır ki, bu barədə o, Antalyada hotel açılışı zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyə tədricən digər ölkələrin məhdudlaşdırıcı siyahılarından çıxır:
“Rusiyanın qərarını müsbət qiymətləndiririk”.
Türkiyə lideri vurğulayıb ki, bu qərar hər iki ölkənin qurumları arasında aparılan danışıqların nəticəsidir.
Rusiya Baş nazirin müavini Tatyana Qolikova Operativ Qərargahın 22 iyun tarixindən etibarən Türkiyə ilə uçuşları bərpa etməyə qərar verdiyini deyib.