Danimarkada 3 nəfərin öldürüldüyü insident terror aktı olmayıb - YENİLƏNİB-1
Danimarka polisi paytaxt Kopenhagendə ticarət mərkəzində baş vermiş atışmanın terror hücumu olmadığnı bəyan edib.
BizimLider.com BBC-yə istinadən xəbər verir ki, polis rəisi Soeren Thomassen bildirib ki, silahlı şəxsin psixi sağlamlıq problemləri var və onun hücumunda terror motivinə dair heç bir əlamət yoxdur.
Xatırladaq ki, iyulun 3-də silahlı şəxs Kopenhagendə ticarət mərkəzində insanlara atəş açıb, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Polis həlak olanların ikisinin Danimarka vətəndaşları olan 17 yaşlı gənclər və 47 yaşlı Rusiya vətəndaşı olduğunu bildirib. İki danimarkalı və iki isveçli xəstəxanada ağır vəziyyətdədir.
"Etnik danimarkalı" kimi təsvir edilən 22 yaşlı gənc Fieldin mərkəzində atışmadan bir neçə dəqiqə sonra həbs edilib.
***
5:01
Danimarka polisi ticarət mərkəzində 3 nəfəri odlu silahla qətlən yetirən şəxsi həbs edib.
APA-nın xəbərinə görə, Kopenhagen polisi bildirib ki, saxlanan şəxs 22 yaşlı Danimarka vətəndaşıdır. Onun valideynləri də əslən danimarkalıdır. Təqsirləndirilən şəxslə əlbir olanlar barədə məlumat yoxdur.
***
22.02
Danimarkanın paytaxtı Kopenhagendəki ticarət mərkəzində atışma baş verib.
BizimLider.com-un xəbərinə görə, bu barədə polis məlumat yayıb.
Məlumatda çox sayda insanın xəsarəıt aldığı bildirilir. Hadisəni törədən şəxs saxlanılıb. Saxlanan şəxsin ətrafında istintaq hərəkətləri aparılır.
Hadisə vaxtı binada yüzdən çox adam olub.