İngilis hakimlər Tofiq Bəhramovun abidəsini ziyarət etdi - Foto
Ötən gün Bakıda keçirilən “Qarabağ” - “Lex” matçından sonra hakimlər Tofiq Bəhramovun abidəsini ziyarət ediblər.
“Bizimlider.com” xəbər veri ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qarşılaşmanı idarə edən ingiltərəli hakimlər briqadası Endryu Medli, Daniel Kuk, Harri Leonard və Simon Huper görüşün baş tutduğu Tofiq Bəhramov adına Respublika Stadionunun önündə yerləşən heykələ baş çəkiblər.
Qeyd edək ki, Tofiq Bəhrəmov 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunun finalında İngiltərənin lehinə verdiyi obyektiv qərarla tarixə düşüb. Belə ki, İngiltərə-Almaniya matçında ingilislərin vurduğu topun qapı xəttini keçib-keçmədiyi ilə bağlı epizod dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır.
Bəhramov dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.