bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İtaliyada anomal istilər səbəbindən 10 şəhərdə “narıncı” həyəcan siqnalı verilib

18-07-2022, 08:59 21 dəfə baxılıb

İtaliyada anomal istilər səbəbindən 10 şəhərdə “narıncı” həyəcan siqnalı verilib


İtaliyada həddindən artıq istilər səbəbindən paytaxt Roma, eləcə də Milan və Florensiya daxil olmaqla 10 şəhərdə “narıncı” həyəcan siqnalı verilib.

BizimLider.com xəbər verir ki, anomal istilərin bu həftə sonundan gələn həftənin ortalarına qədər davam edəcəyi bildirilib. Həftə sonu bəzi bölgələrdə 35-36 dərəcə isti müşahidə olunub, havanın temperaturunun gələn həftənin ortasında 40-42 dərəcəyə çatacağı qeyd edilib.

Yüksək hava temperaturu ilə əlaqədar yanğın riskinin də yüksək olduğu bildirilib.

Qeyd edək ki, İtaliyada müşahidə edilən anomal istilər səbəbindən ölkənin ən böyük çayı olan Poda suyunun səviyyəsi bəzi yerlərdə 10 faizə enib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031