bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

sosial şəbəkələrə giriş bağlandı

9-05-2019, 23:06 209 dəfə baxılıb

sosial şəbəkələrə giriş bağlandı



Bu gündən etibarən Qazaxıstanda Facebook, Instagram, YouTube və Telegrama giriş məhdudlaşıb.

Beş.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks" tərəfindən aparılan texniki monitorinqə əsasən, mayın 9-da internet-provayderlər sosial şəbəkələrə girişə blok qoyublar.

Təkcə Twitter və WhatsApp-a giriş açıqdır.

Qeyd edək ki, son aylar Qazaxıstanda müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. Belə ki, hökumət əhalini kütləvi nümayişlərə çağıran, ölkədən qovulan müxalifətçi Muxtar Ablyazovla canlı rabitəni məhdudlaşdırmağa çalışır.

Bundan başqa, ölkə ərazisində bir neçə sayta giriş də bağlanıb.

Ötən gün isə Baş Prokurorluq müraciət yayaraq vətəndaşları razılaşdırılmamış mitinqlərə çıxmamağa səsləmişdi və mitinqə çıxacaq şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30