bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır

3-08-2022, 12:40 64 dəfə baxılıb

Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır





“Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolu dəhlizinin Transqafqaz dəhlizi ilə birləşdirilməsi ölkələr arasında vahid nəqliyyat şəbəkəsi yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.

“BizimLider.com” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov “Özbəkistan – Azərbaycan – Türkiyə” dialoq formatının ilk iclasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, “Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolunun tikintisinə dair üçtərəfli sənədin imzalanması sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində planlaşdırılır.

Vladimir Norov Özbəkistan Asiyadan Avropaya ən qısa quru yolu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlı olduğunu vurğulayıb.
O həmçinin, ölkəsi üçün Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından istifadə etməyin vacibliyini də diqqətə çatdırıb.

XİN rəsmisinin tədbirin yekunlarına dair bəyanatında qeyd olunur ki, üç ölkənin nümayəndə heyətləri bu dəmir yolu xəttinin, eləcə də Türkiyə və Azərbaycanın beynəlxalq limanlarından, eləcə də “Şimal-Cənub” və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin bütün imkanlarından fəal şəkildə istifadə etmək barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930