bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Taxt oyunları”da daha bir gülməli xəta - VİDEO - FOTO

14-05-2019, 10:30 370 dəfə baxılıb




"Taxt oyunları" fentezi serialının fanatları səkkizinci mövsümün epizodlarının birinin promo-kadrında daha bir xəta aşkarlayıb.

Beş.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda TMZ yazır.

Söhbət saqanın qəhrəmanları Sersey və Ceyme Lannisterin qucaqlaşdığı səhnədən gedir.

Belə ki, sujetə görə üçüncü mövsümdə Ceymenin əli kəsildiyi halda, son mövsümdə həmin əl "möcüzəvi şəkildə" yenidən peyda olub. Halbuki digər epizodlarda kəsilmiş əlin yerinə qızıl protez görüntülənir.

Sosial şəbəkə istifadəçiləri "başdansovdu" çəkilişlərə görə HBO telekanalını tənqid atəşinə tutub, bəziləri isə hətta məsxərəyə qoyub.

Xatırladaq ki, bundan bir müddət əvvəl səkkizinci mövsümün epizodlarının birində masanın üzərində "Starbucks" plastik stəkanı kameranın obyektivinə düşmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30