Ermənistanın Naxçıvanla sərhəddə tikdirdiyi metallurgiya zavodu başqa yerə köçürülür
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində tikilməkdə olan metallurgiya zavodu köçürülür.
Bu barədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası “X” sosial şəbəkə hesabında bildirib.
Qeyd olunub ki, “Aİ missiyası avadanlıqların başqa yerə təhlükəsiz köçürülməsinə töhfə verir”.
Xatırladaq ki, Azərbaycan tərəfi metallurgiya istehsalının əhaliyə və ətraf mühitə zərər yetirəcək təhlükəli emissiyalara səbəb ola biləcəyini dəfələrlə bəyan edib.