bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

21-09-2023, 09:04 1 dəfə baxılıb





Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı deyib.

Dövlətimizin başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30