bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA

23-09-2023, 09:39 5 dəfə baxılıb





“Gözləntimiz ondan ibarətdir ki, Rəqabət Məcəlləsi qəbul və icra olunduqdan sonra bir sıra məhsulların qiymətlərinin optimallaşdırılmasını, hətta ucuzlaşmasını müşahidə edə bilərik”.

Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin Azərbaycanda qəbul edilməsi vacib idi.

“Rəqabət Məcəlləsi həm bazarın tənzimlənməsi, həm də iqtisadi proseslər baxımından əhəmiyyətli bir sənəddir və bu, bütövlükdə bazarda monopoliyanın minimallaşdırılmasına və qiymətlərin liberallaşdırılmasına imkan yaradacaq.

Monitorinqlər də göstərir ki, istehlak bazrında bəzi məhsullar üzrə süni qiymətlər mövcuddur, inhisarçı mövqe qiymətlərə təsir göstərir. Ona görə də Rəqabət Məcəlləsi bazarda rəqabətin gücləndirilməsi və monopoliyanın minimallaşdırılmasını özündə ehtiva edir. Bu da təbii ki, bazara giriş imkanlarının artırılması, rəqabtin gücləndirilməsi, fərqli və ya oxşar məhsulların fərqli şirkətlər tərəfindən fərqli qiymtlərlə təqdim olunmasına imkan yaradacaq”, - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930