bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinən İrəvanın keçmiş meri həbs edilib

26-09-2023, 12:25 6 dəfə baxılıb


İrəvanın keçmiş meri, “Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib.

Bu barədə onun vəkili Georgi Melikyan məlumat verib.

Qeyd edilir ki, məhkəmə istintaqın Albert Bazeyanla bağlı vəsatətini təmin edib.

Xatırladaq ki, Albert Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun evində axtarış aparıb, bəzi əşya və sənədləri götürüblər. Bundan sonra o, Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Daxili İşlər Nazirliyinin İrəvanın Erebuni rayonundakı təcridxanasına aparılıb. O, hakimiyyəti qəsb etmək cəhdində şübhəli bilinirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930