bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə MN: “Antiterror tədbirlərindən sonra Qarabağdakı durumu yaxından izləyirik”

28-09-2023, 14:17 0 dəfə baxılıb




“Qarabağda keçirilən antiterror tədbirlərindən sonra regiondakı durumu yaxından izləyirik”.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə davam edir:

“Qarşılıqlı hərbi təlimlərimiz, məsləhətləşmələrimiz davam edir, azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrini dəstəkləyirik. Qəhrəman Azərbaycan Ordusunun 30 ildir işğal altında olan torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən müharibənin ildönümü - 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin! Qəhrəman qazilərimizi hörmətlə və minnətdarlıqla yad edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30