bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qarabağda sülhməramlıların nəzarət zonası LƏĞV EDİLİR

8-10-2023, 09:53 1 dəfə baxılıb




Rusiya sülhməramlıları Qarabağdakı məntəqələrini ləğv edir: bu gün Xocalıda, daha öncə isə keçmiş Ağdərə və Əsgəran rayonlarında, o cümlədən, Şuşa istiqamətindəki postlar götürülüb; bunun fonunda Rusiya hərbi təyyarəsinin Füzuli hava limanına eniş etməsi haqda məlumatlar da hərbi inventarın Azərbaycan ərazisindən çıxarıldığı deməkdir;

Antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyət sülhməramlıların ümumiyyətlə nəzarət zonasının qalmadığını deməyə əsas verir. Çünki az sayda erməni sakinləri Xankəndində qalıb və sülhməramlıların müvəqqəti fəaliyyəti bu şəhərdə ola bilər. Lakin Xankəndində də patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Bu da şəhərə nəzarətin Azərbaycanda olduğu deməkdir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki şəhərdə dövlət qurumları fəaliyyətə başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031