bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sülhməramlılar gələn ay Qarabağdan çıxacaq - DETALLAR

5-10-2023, 11:22 1 dəfə baxılıb




Rusiya sülhməramlıları 1 noyabr 2023-cü il tarixində Qarabağdan tamamilə çıxacaq.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni bloqer Mika Badalyan çıxış edib.

Badalyan iddiası ilə bağlı əlavə heç nə qeyd etməyib. Onun Rusiyaya yaxın şəxs kimi tanınması bu iddiaya xüsusilə diqqət çəkir, istisna deyil ki, erməni bloqer informasiyanı mənbələrindən əldə edib.

Bu iddia “Rusiya sülhməramlılarının noyabrın 1-də çıxa bilərmi” sualını ön plana çıxarır.

Sülhməramlıların bölgədə qalma müddəti 2025-ci ilə qədərdir, lakin son antiterror tədbirlərindən sonra Qarabağda vəziyyət tamamilə dəyişdi. Bundan sonra sülhməramlıların bölgədə fəaliyyətinə yenidən baxılmalı, bu məsələ Bakı və Moskva arasında razılaşdırılmalıdır.

Rusiya tərəfi bu istiqamətdə danışıqların getdiyini açıqlayıb. Mümkündür ki, rəsmi Bakı sülhməramlıların fəaliyyətini vaxtından əvvəl dayandırmasını istəyir. Qarabağdakı hazırki vəziyyət də sülhməramlıların fəaliyyətinə ehtiyacın getdikcə azaldığını göstərir.

Çünki bölgədə qalan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə başlayıb və rəsmi Bakı öz vətəndaşlarının hüquq və təhlükəsizliyini hər kəsdən daha yaxşı qoruya bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031