ÜST-dən çağırış: “Təcili peyvənd olunun”
COVID-19 təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusdan və mövsümi qripdən qorunmayan hər kəsi, xüsusilə risk qrupuna daxil olan şəxsləri təcili peyvənd almağa çağırıb.
Bu barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.
“Həm COVID-19, həm də mövsümi qripdən qorunmayan insanlar, xüsusən də ən həssas və risk altında olan insanlar peyvəndlə bağlı istənilən təklifi qəbul etməlidirlər”, - Mətbuat Xidməti qeyd edib.
Təşkilat əlavə edib ki, peyvənd həmişə aktual olaraq qalır və tənəffüs yolları yoluxucu infeksiyalarının qarşısını almaq və fəsadlarını azaltmaq üçün vacibdir.