bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gəncəyə dördüncü raket atəşindən üç il keçir

11-10-2023, 13:37 1 dəfə baxılıb



Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni dördüncü dəfə raket atəşinə tutmasından üç il keçir.

Publika.az xatırladır ki, 44 Günlük Vətən müharibəsində cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən Ermənistan qisası mülki əhalidən alırdı. Bunun üçün Gəncəni intensiv atəşə məruz qoyurdu.

Oktyabrın 4-də, 5-də, 8-də Gəncəni atəşə tutan Ermənistan Azərbaycan xalqının mübarizə ruhunu sındırmaq məqsədinə nail olmadı.

Buna görə də, oktyabrın 11-i gecə saatlarında “Toçka-U” raket sistemindən istifadə edərək, şəhərdə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu.

Gəncə şəhərinin düz mərkəzi hədəf alındı. Ümumilikdə həmin gecə ermənilərin Gəncəyə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, 10 mülki şəxsin ölümünə, uşaqlar da daxil olmaqla 40 nəfərin ağır yaralanmasına səbəb oldu.

Törədilən hərbi cinayət yalnız dinc sakinlərə, evlərə deyil, yaxınlıqdakı tarixi abidələrə, iaşə obyektlərinə də zərər vurmuşdu.

Ermənistanın bu hücumu da Azərbaycan Ordusunun irəliləməsinə və xalqın Prezidentin ətrafında sıx birləşməsinə maneə yarada bilmədi.

Həmin gün Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını da hədəf alıb. Raketlər Azərbaycan Ordusunun balansındakı hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, Ermənistanın Gəncəyə hücumları ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930