bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan 8 kəndi qaytarır - Paşinyan hansı öhdəliyi götürüb?

12-10-2023, 13:34 1 dəfə baxılıb





Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi 8 kəndi (Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi-red) qaytarmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “168.am” saytı yazıb.

Sayt qeyd edir ki, Nikol Paşinyan son müsahibələrində bu məsələyə açıq şəkildə toxunub.

“Baş nazir Azərbaycanın bu kəndlərlə bağlı hüquqi əsası olmadığı haqda danışsa da və erməni kəndlərinin də qaytarılması tələbini irəli sürsə də, əslində bu məsələ 2022-ci ilin 10 noyabrında həll edilib. Həmin vaxt Bakı bu kəndlərin qaytarılması şərtini də bəyanata daxil etmişdi, lakin son anda çıxartdılar və Paşinyan bununla bağlı öhdəlik götürdü. İndi həmin öhdəliyin yerinə yetirilməsinin vaxtı çatıb”, - sayt yazır.

Sayt Ermənistan də bu haqda daxili müzakirələrin başlandığını bildirir: “Paşinyan kəndlərin qaytarılmasında heç bir maneə görmür. Yaxın dövrdə bu məsələ aktuallaşacaq”.

Ermənistanın mili təhlükəsizlik xidmətinin keçmiş direktoru David Şahnazaryan da hesab edir ki, Paşinyan artıq prosesin sonuna çatıb və ilk növbədə 8 kəndi Azərbaycana təhvil verəcək, daha sonra dəhliz tələbini yerinə yetirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031