bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kardioloq insult riskini azaltmağın yolunu açıqladı

31-10-2023, 12:23 0 dəfə baxılıb



“Gənclərdə insultun səbəbi çox vaxt aşağı fiziki aktivlik və düzgün olmayan qidalanmadır”.

Bunu rusiyalı kardioloq və gerontoloq, tibb elmləri namizədi Yuri Konev deyib.

Professor qeyd edib ki, insult riskini azaltmağın əsas yolu dispanserizasiyadır.

“Rafinə edilmiş qidalara və fastfuda olan aludəçilik qida balansının pozulmasına səbəb olur, bu da öz növbəsində lipid mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu, damarlarda aterosklerotik dəyişikliklərin erkən formalaşması ilə nəticələnə bilər”, - deyə həkim izah edib.

Bundan əlavə, insulta genetik meyillilik də az rol oynamır. Həmçinin qan təzyiqinə nəzarət etmək də vacibdir.

Həkim gənc yaşdan başlayaraq düzgün qidalanmağı, fiziki fəaliyyəti unutmamağı və mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edib.

“Fiziki parametrləri yoxlamaq, gənc yaşlarda təzyiqi ölçmək, EKQ-yə baxmaq lazımdır”, - deyə həkim bildirib.

Konevin sözlərinə görə, çox vaxt qan analizi kifayət edir.

Mütəxəssis gecə normal yatmağın vacibliyini də vurğulayıb. O, melatoninin orqanizmdə yalnız qaranlıqda yuxu zamanı əmələ gəldiyini və onun çatışmazlığının təzyiqin tənzimlənməsinə böyük təsir göstərdiyini izah edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930