bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakı İrəvandan bu əraziləri tələb edəcək - Sərhəd görüşünün detalları

24-11-2023, 09:50 2 dəfə baxılıb






Noyabrın 30-da Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaları dövlət sərhədində görüşəcək. Bununla bağlı müəyyən suallar var: görüş sərhədin hansı hissəsində baş tutacaq, nələr müzakirə olunacaq?

Publika.az xəbər verir ki, sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması 2022-ci ilin aprelində Brüssül görüşündə razılaşdırılıb. Komissiyalara hər iki ölkədən baş nazirin müavinləri rəhbərlik edir. Bir il yarımdır faliyyət göstərən komissiyanın indiyə qədər cəmi 4 görüşü keçirilib: ikisi dövlət sərhədində - Arazdəyən və Qazax; ikisi xaricdə - Moskva və Brüssel; bütün görüşlərdə “danışıqların davam etdirilməsi üzrə razılaşma” əldə olunub;

Növbəti görüşün sərhədin hansı hissəsində keçiriləcəyi və konkfret nələrin müzakirə ediləcəyi açıqlanmır. Ermənistan mediasında görüşün yenə əvvəlki ərazilərdə - Qazax, yaxud Arazdəyən istiqamətlərdə ola biləcəyi iddiaları da irəli sürülüb, lakin dəqiq heç nə məlum deyil.

“Azadlıq” radiosunun erməni xidməti görüşdə konkret hansı məsələlərin müzakirə olunacağını rəsmi mənbələrdən öyrənməyə çalışıb. Xarici işlər nazirinin müvini Mnatsakan Səfəryan bu barədə danışmaqdan imtina edib.

Rəsmi Bakı sülh danışıqlarının sərhəddə ikitərəfli qaydada keçirilməsini təklif etsə də, rəsmi İrəvan bundan yayınır. M.Səfəryan bu haqda da danışmaq istəməyib. O, Əliyevlə Paşinyanın ikitərəfli görüşü ilə bağlı suala cavabında “bunu hazırda şərh edə bilmərəm” deyə bildirib.

Ermənistan üçüncü tərəfləri, xüsusilə qərbli vasitəçiləri oyuna daxil etməkdə israr edir. Bu isə sülh prosesini dalana dirəyən amillərdəndir. Lakin erməni ekspertlər İrəvanın sonda Bakının təklifi ilə razılaşmaq məcburiyyətində qala biləcəyini istisna etmir. Politoloq Tiqran Qriqoryan hesab edir ki, Ermənistanın Azərbaycanın təklifini qəbul etməsi ehtimalı var.

“Vasitəçilər, xüsusilə ABŞ Azərbaycana Qərbin danışıqlar platformasına getməsi üçün kifayət qədər təzyiq göstərməsə, İrəvan Bakının istədiyi kimi üzbəüz danışıqlara getməli olacaq. Ermənistan hakimiyyətinin siyasəti nəyin bahasına olursa olsun, hansısa sənədin imzalanmasına nail olmaq və eskalasiyadan qaçmaqdır. Əliyev Ermənistanın bu qorxularından məharətlə istifadə edir. Bu baxımdan, ikitərəfli danışıqlar Ermənistan üçün riskli ola bilər, çünki razılaşmaların təminatçısı olmayacaq. Bakı İrəvanı öz prinsiplərinə razı sala bilər: bu anklavlar məsələsi, eləcə də delimitasiya prosesində istədiyinə nail olmaqdır”, - erməni politoloq bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930