bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan: “Bakı ilə sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərimizə kömək edə bilər”

25-11-2023, 09:30 1 dəfə baxılıb



Azərbaycanla sülh sazişinin imzalanması İrəvana İslamabadla diplomatik münasibətlər qurmağa kömək edə bilər.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bəyan edib.

Hökumət başçısı Ermənistanı hələ rəsmən tanımayan və islam dünyasının nüfuzlu ölkələrindən olan Pakistanla münasibətlər istiqamətində müəyyən diplomatik işlərin aparılacağını bildirib. O, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsini məhz Azərbaycan faktoru ilə bağlı olduğunu qeyd edib.

“Biz Azərbaycanla sülh müqaviləsi imzalaya bilsək bu, Pakistanla diplomatik münasibətlərin qurulmasına da töhfə verəcək”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031