bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

27-11-2023, 10:08 4 dəfə baxılıb



Son günlər paytaxt Bakı ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində 3-7 min manat artım müşahidə olunur.

Publika.az xəbər verir ki, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qanuna edilmiş dəyişikliklə əlaqəlidir.

Qanuna görə çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

Rieltor Mülkədar Rüstəmov bildirib ki, son vaxtlar çıxarış almaq üçün uyğun olmayan torpaq sahələrini müştərilərə müxtəlif yollarla təklif edən şəxslər də var. Müştəri torpaq sahəsini aldıqdan sonra isə çıxarış alması mümkün olmur. Buna səbəb isə həmin torpaq sahələrinin tikinti üçün nəzərdə tutulmayan ərazidə yerləşməsidir.

Ekspert əlavə edib ki, qanuna edilmiş müvafiq dəyişiklikdən sonra fərdi evlərlə yanaşı, çıxarışı olan mənzillərin də qiymətində artım müşahidə olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930