bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

28 Mart - Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günüdür

28-03-2023, 08:58 2 dəfə baxılıb




Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur.

Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib.

Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb.

Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.


Balaşov Qulaməli Qurbanəli oğlu
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası”
kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
“Qabaqcıl təhsil işçisi”, YAP-ın üzvü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031