bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ombudsman Xocavənddəki məktəbdə partlayıcının aşkarlanması ilə bağlı beynəlxalq təşkilatlara səslənib

19-12-2023, 09:39 2 dəfə baxılıb




İşğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfərlərlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocavənddə yerləşən məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanması ilə bağlı şərhində deyilir.

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə həyata keçirilən əməliyyatlar zamanı sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanmışdır. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilmişdir.

Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilmiş həmin tələ qurğusunun təhsil ocağında yerləşdirilməsi terrorun məhz dinc mülki əhaliyə qarşı yönəldiyini göstərir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Ermənistanın dinc əhalinin fundamental insan hüquq və azadlıqlarının kobud pozulması ilə müşayiət olunan cinayət əməllərini şiddətlə qınayır, beynəlxalq təşkilatları bu kimi əməllərə sərt reaksiya verməyə dəvət edirəm”, - şərhdə bildirilir.

Qeyd edək ki, dekabrın 18-də Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930