bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məktəblərdə qaydalar dəyişir? - İmtahanlar onlayn ola bilər

19-12-2023, 09:42 2 dəfə baxılıb






Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur. Burada hər kəsə maraqlı olan bir sual yaranır ki, elektron imtahanlar hansı sahələrdə tətbiq olunacaq?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Sabah”a danışıb. O bildirib ki, əgər standartlar imkan verərsə, bütün məktəblərdə bu cür imtahanların keçirilməsi mümkün olacaq:

“Məlum olduğu kimi, artıq bir neçə dövlət qulluğu müəssisələrinə qəbul imtahanları sözügedən qaydada keçirilir. Növbəti ildən də elektron imtahanların keçirilməsi əsasən kütləviliyi az olan imtahanlara şamil olunur. Eyni zamanda İELTS kimi müvafiq beynəlxalq sertifikat verilən, mühasibat sertifikatının verilməsi ilə bağlı, digər dövlət orqanlarına qəbulla əlaqədar imtahanlar elektron qaydada keçiriləcək. Zamanla isə bütün təhsil müəssisələrində mövcud kompüter sayı artıb, internet yaxşılaşdırılarsa, kütləvi qaydada elektron imtahanları keçirmək mümkün olacaq. Bu həm buraxılış, həm də blok imtahanlarına şamil oluna bilər. Ancaq bu keçid dövrü üçün vaxt lazımdır. 3-4 sonra bu hal mümkün görünür”.

Ekspert elektron qaydada keçirilməsi nəzərdə tutulan imtahanların üstün cəhətlərini də sadalayıb:

“İmtahanların onlayn olaraq keçirilməsinin üstünlüyü şagirdlərin informasiyalarının birbaşa olaraq və daha çevik formada bazada əks oluna bilməsi olacaq. Həmçinin, burada ekoloji olaraq üstün cəhət də var. Ənənəvi imtahanlarda həddən artıq dərəcədə kağız israfına yol verilir. Lakin elektron imtahanlar kağız qənaətinə səbəb olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930