İsrail Qəzzanın altını üstünə çevirdi: budaqlanan tunellər hara birləşib?
İsrail Müdafiə Qüvvələrinin (IDF) istehkamçıları HƏMAS-ın yeraltı tunellərinin strateji şəbəkəsini məhv ediblər.
Publika.az xəbər verir ki, bu barədə IDF-nin rəsmi saytında məlumat verilib.
Vurğulanıb ki, HƏMAS-ın “elitar məhəlləsi” adlanan ərazidə böyük yeraltı rabitə şəbəkəsi müəyyən edilib. Budaqlanan tunellər radikal Fələstin hərəkatının hərbi və siyasi qanadının yüksək səviyyəli üzvlərinin mənzillərini, bürolarını, ofislərini və yaşayış mənzillərini birləşdirib.
HƏMAS daha əvvəl İsraillə istənilən danışıqlardan imtina etdiyini açıqlamışdı. Hərəkat dialoqun başlanması üçün yeganə şərt kimi Qəzza zolağında tam atəşkəs elan edilməsni göstərib.
"Milli səviyyədə qərar var ki, təcavüz tamamilə dayandırılana qədər məhbuslar və ya əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmayacaq", - HƏMAS-ın bəyanatında deyilir.