Bayramqabağı paytaxt bazarları niyə boşdur? - VİDEO
Yeni il bayramına az qalsa da, bazarlarda qələbəlik müşahidə olunmur. Alıcılar bunu bayramqabağı bahalaşma ilə izah edirlər.
Bəs builki Yeni il süfrəsi neçəyə başa gələcək?
Publika.az xəbər verir ki, bunu öyrənmək üçün Baku TV ucuzluğu ilə seçilən “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”nda olub.
Yeni il süfrəsi üçün lazım olan əsas məhsullarla bağlı vəziyyət belədir:
Dana əti 15 manat, quzu əti 18 manat, qoç əti isə 14 manatdır. Kənd toyuqlarının qiyməti 6-7 manat arasında dəyişir. Farel balığı 15 manat, sazan 6-7 manat, xanı isə 5 manatdır. Satıcıların sözlərinə görə, qiymətlərin 29-30 dekabrda qalxacağı gözlənilir. Marketlərdəki qiymətlər isə belədir:
Bir litrlik qazlı içkilər 90 qəpikdən bir manat 50 qəpiyədək, təbii şirələr bir manat 70 qəpikdən üç manat 20 qəpiyədək, duru yağlar üç manat 30 qəpikdən altı manat 90 qəpiyədək, kərə yağı 16 manat 90 qəpikdən 26 manatadək, kolbasanın kilosu 11 manatdan 23 manatadək, mayonez bir manat 20 qəpikdən üç manatadək, xama 70 qəpikdən dörd manat 80 qəpiyədək, yaşıl noxud isə üç manat 30 qəpikdən beş manatadək qiymətlərə satılır.
Ətraflı Baku TV-nin süjetində: