bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

BMT-dən qorxunc proqnoz: 2024-cü ildə bu bölgələrdə 11,7 milyon insan...

29-12-2023, 14:11 2 dəfə baxılıb



Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ( UNHCR ) Yaxın Şərq və Şimali Afrikada öz ölkə sərhədləri daxilində didərgin düşmüş insanların sayının 2024-cü ildə 11,7 milyon nəfərə yüksələcəyini bildirib.

Publika.az xəbər verir ki, BMT QAK-ın "X" sosial media platformasında qurumun qaçqın və köçkünləri qorumaq və onlara kömək etmək üçün 2024-cü il planlaşdırma hesabatı ilə bağlı açıqlama verilib.

Bəyanatda qeyd olunub ki, məcburi köçkünlərə və onları qəbul edən icmalara dəstəyin davam etdirilməsi həyati əhəmiyyət kəsb edir.

Bildirilib ki, Yaxın Şərq və Şimali Afrikada öz ölkə sərhədləri daxilində köçkünlərin sayının 2024-cü ildə 11,7 milyona yüksələcəyi gözlənilir. 2024-cü ildə dünya üzrə 130,8 milyon məcburi köçkün və vətəndaşlığı olmayan insanın dəstəyə ehtiyacı olacağı təxmin edilir.

Açıqlamada BMT QAK-ın tərəfdaşları ilə əməkdaşlıq edərək, yeni və mövcud köçkün vəziyyətlərində qorunma, yardım və həyat qurtaran layihələri maliyyələşdirmək üçün 2024-cü il üçün 10 milyard 622 milyon dollar büdcə ayırdığı vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930