bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyanın ən zərərli qidaları: hər kəsi zəhərləyə bilər

17-01-2024, 08:30 0 dəfə baxılıb






Dünyanın ən zərərli qidası insanın orqanlarını çürüdə bilər.

Publika.az xarici KİV-lərə istinadla bildirir ki, bununla bağlı mütəxəssislər araşdırma edərək insan orqanizminə mənfi təsir göstərən ən zərərli qidalar barədə məlumat veriblər.

Minlərlə resept, dünyanın bir çox yerində istehlak edilən məşhur yeməklər, - bütün bunlar arasında bəziləri elə zərərli olması ilə seçilir ki, onları yeyən hər kəsi zəhərləyə bilər. Üstəlik mətbəximizə daxil olan bu qidalar dünyanın ən zərərli qidaları sırasındadır. Çox sevdiyimiz qidalar əslində düşündüyümüzdən daha çox risk daşıyır.

“Fast food” burgerlər, kartof fri - dadlı olsa belə, tərkibindəki natrium, doymuş və əlavə yağlar insan orqanizmi üçün çox zərərlidir. “Fast food” rahat və dadlıdır, lakin yeyiləcək ən qeyri-sağlam qida növlərindən biri hesab olunur. Davamlı yeyilən belə qidalar ürək xəstəlikləri, diabet və piylənməni yaratmağa müvəffəq olur.

“Fast food” hamburgerləri və çizburgerlər həddindən artıq yağ qəbuluna görə ən zərərli qidadır. Tərkibində yüksək miqdarda natrium, yağ və boş kalori olan kartof fri çox məşhur olsa da, ən pis qidalar arasındadır. Üstəlik, tez-tez hamburger kimi “fast food” məhsulları ilə birlikdə istifadə olunur.

Belə zərərli qidalardan uzaq durmaq həm orqanizm, həm də ümumiyyətlə, sağlamlıq üçün faydalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930