bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müharibə gedən ölkələrlə Azərbaycanın ötənilki TİCARƏTİ

25-01-2024, 15:12 0 dəfə baxılıb




Hazırda müharibənin davam etdiyi İsrail, Ukrayna və Rusiya ilə Azərbaycanın ötən il üzrə ticarət dövriyyəsi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən il Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 353,7 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2022-ci illə müqayisədə 74,6% azdır. Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 4,3 milyard dollar həcmində olub. Bu, 2022-ci illə müqayisədə 17,4% çoxdur.

Ötən il Azərbaycanla İsrailin ticarət həcmi isə 1,4 milyard dollar olub. Bu göstərici illik müqayisədə 16% azdır. Eyni zamanda, ötən il Azərbaycanla Fələstinin ticarət həcmi 652,9 min ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 20,3% çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031