bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb

1-02-2024, 19:25 25 dəfə baxılıb




Fevralın 7-də keçiriləcək prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb.

Secki-2024.az saytı xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin digər bütün seçki dairələrinə təhvil verilib.

Bununla da proses tam yekunlaşdırılıb.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 524 203 seçki bülleteni çap olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031