bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tehrandan Bakıya qarşı böyük təxribat: Molla rejimi azərbaycanlı “casusları” saxladı

8-02-2024, 10:42 0 dəfə baxılıb






İran kəşfiyyatçıları İslam Respublikası ərazisində təxribat planlaşdıran bir qrup şəxsi saxlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” İran təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Casuslar və terrorçular İslam Respublikasının milli təhlükəsizliyinə zərbə vurmaq məqsədi daşıyan əməliyyatlar və təxribat həyata keçirmək üçün İrana daxil olublar”, - deyə məlumatda bildirilir.

Nəşr yazır ki, qruplaşmaya rəhbərlik edən mərkəz guya Azərbaycan ərazisində yerləşir.

Azərbaycanda Prezident seçkilərinin keçirildiyi bir gündə İranın Azərbaycanı təhdid etməsi onu göstərir ki, molla rejimi Bakıya qarşı təxribat hazırlayır.

Görünür, Azərbaycanın bölgədə güclənən mövqeyi, ümumiyyətlə Azərbaycanda və regionda baş verənlər Tehran rejimini qəzəbləndirir.

Deməli, Tehranın təxribatlarına hazır olmaq lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031