bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Avtobuslarda ödənişlə bağlı ŞAD XƏBƏR: "Bu, 3 dəfə sürətli olacaq"

16-02-2024, 08:17 0 dəfə baxılıb






Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil.

Publika.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir: "Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, problemi tam həll etmir".

O vurğulayıb ki, hazırda araşdırmalar aparılır.

"Yaxın vaxtlarda avtobuslarda bank kartları da daxil olmaqla bütün kartlarla ödənişi mümkün etmək üçün işləri yekunlaşdırılması gözlənilir. Keçid dövrü üçün QR-kodla ödəniş etmək üçün tətbiq yaradılıb. QR kod keçid həldir. Biz yaxın vaxtlarda bank kartları ilə ödənişin həyata keçirilməsinə nail olacağıq. Bunda da əsas məqsəd karla sürətli ödənişin təmin edilməsidir. Belə ki, bank kartları ilə ödəniş hazırkı “Bakıkart”la ödənişdən 3 dəfə sürətlidir", - A.Rzayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031