bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İrəvanın ərazi iddiası: ermənilərə saxta ümidi kimlər verir?

20-02-2024, 08:01 0 dəfə baxılıb






“Mühxen Təhlükəsizlik Konfransı bir sıra məqamlarla yadda qaldı. Bir tərəfdən, Prezident İlham Əliyevin əlini sıxmaq, onunla görüşmək, uğurlu seçkilərin nəticələri ilə bağlı təbrik etmək üçün gözləyən çoxsaylı liderləri, nüfuzlu şirkət rəhbərlərini gördük. Digər tərəfdən, Ermənistanın baş nazirinin regiondakı reallıqları əks etdirməyən açıqlamalarına şahid olduq”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Münxendə erməni icması ilə görüşü zamanı “Qarabağın” öz müqəddəratını təyinetmə prinsipindən danışan Ermənistanın baş naziri Nikol Paşinyan, həm də danışıqlar prosesinə zidd baxışlarının olduğunu ortaya qoydu.

“Biz başa düşürük ki, Nikol Paşinyan erməni icması qarşısında onların gözlədikləri fikirləri söylədi. Ancaq yaxşı olardı ki, Paşinyan erməni lobbisini, daxili auditoriyanı, beynəlxalq tərəfdaşları, regionda maraqları olan dövlətləri və güc mərkəzlərini də hazırki reallıqlarla tanış etsin. Bu reallıqlar müstəvisində gedən danışıqlar prosesi haqqında fikir bildirsin. Eyni zamanda beynəlxalq ictimaiyyəti, dünya ermənilərini çaşdırmasın, onlara saxta ümidlər verməsin”, - politoloq qeyd edib.

İ. Hüseynov Paşinyanın bu davranışlarının revanş kimi başa düşüldüyünü söyləyib.

“Bunlar həqiqətlərin reviziyasıdır. Bu da çox təhlükəlidir, regional sülhə ziddir. Eyni zamanda sülhü təhdid edən məqamlardır. Ermənistanla sülh müqaviləsinin imzalanmasına ümid edilən bir zamanda Paşinyan tamamilə başqa fikirlər söyləyir. Bu xüsusda beynəlxalq birlik, danışıqlarda iştirak edən tərəflər Ermənistanın baş nazirinə təzyiq göstərməlidir. Çünki bu fikirlər tamamilə regional təhlükəsizlik sistemi ilə uyğunluq təşkil etmir”, - politoloq bildirib.

Qeyd edək ki, 18 fevral tarixində Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni icması ilə görüşdə əsassız ərazi iddialarını yenidən gündəmə gətirib. O bildirib ki, “Ermənistanın “Qarabağın” öz müqəddəratını təyinetmə hüququnun reallaşması ilə müstəqil olması istiqamətində səyinə beynəlxalq ictimaiyyət dəstək göstərmədiyi üçün bu münaqişəni yalnız Azərbaycana qarşı deyil, beynəlxalq ictimaiyyətə qarşı aparırdıq. Ancaq bu ağılsızlıq idi”. Nikol Paşinyanın çıxışı Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir[i][/i]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930