bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

22-02-2024, 15:32 0 dəfə baxılıb




Mənzil bazarında aylardır durğunluq yaşanır. Satışa təklif olunan mənzillər çox olsa da, alanlar azdır.

Publika.az xəbər verir ki, Əmlak satışı üzrə videobloger Tural Əfəndi deyib ki, vətəndaşların daşınmaz əmlaka yatırım kimi baxması qiymətləri bahalaşdırıb. Onun sözlərinə görə, bu gün ev alanların böyük əksəriyyəti bir neçə mənzili olan insanlardır. Onlar da bu mənzilləri ya kirayə vermək üçün, ya da gələcəkdə satmaq üçün nəzərdə tutublar.

T.Əfəndinin sözlərinə görə, təmirli mənzillər təmirsizlərə nisbətən daha tez satıldığından satışa daha çox hazır mənzillər təklif olunur. Lakin bu hal satışa təsir etmir. Çünki təmirli mənzillərə də alıcı tapılmır. Bir zamanlar dəbdəbənin simvoluna çevrilmiş milyonlarla manat qiyməti olan bahalı bağ evlərinin satışı da aylardır dayanıb.
Əmlak satışı üzrə videobloger deyir ki, qarşıdakı aylardan bazarda canlanma gözlənilir. Çünki adətən yazın gəlişi ilə bazardakı durğunluq aradan qalxır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031