bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukrayna-Rusiya müharibəsi: Bu ərazidə şiddətli döyüş gedir

25-02-2024, 19:07 2 dəfə baxılıb






Zaporojye vilayətinin Rabotino kəndinin mərkəzində aktiv döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələri müqavimət göstərməkdə davam edir, pilotsuz təyyarələrdən fəal istifadə edir, lakin təşəbbüs rus ordusunun tərəfindədir.

Publika.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik ” ictimai hərəkatının sədri Vladimir Roqov məlumat verib.

“Rabotino Zaporojye cəbhə xəttində ən qaynar nöqtələrdən birinə çevrildi. İndi orada, o cümlədən kəndin mərkəzi uğrunda şiddətli döyüşlər gedir. Təşəbbüs rus ordusunun əlindədir, üstəlik artilleriya və cəbhə aviasiyası tərəfindən dəstək var”, - Roqov bildirib.

Roqov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri fəal müqavimət göstərir və çoxlu pilotsuz uçuş aparatlarından istifadə edir. Artilleriya döyüşləri davam edir.

Rəsmi qeyd edib ki, Ukrayna hərbçiləri Rabotinodan geri çəkilsə, Rabotino qabarıqlığı aradan qaldırılacaq. Beləliklə, Zaporojye vilayətində yay əks-hücumunun bütün imkanları zərərsizləşdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30