bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada azərbaycanlılara bu sahələrdə işləmək qadağan edildi

29-02-2024, 10:47 3 dəfə baxılıb




Rusiyanın Saxa (Yakutiya) Respublikasının hakimiyyət orqanları regionda sərnişin taksilərində, sərnişin daşımalarında və yükdaşımalarda əcnəbi vətəndaşların işə götürülməsini qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə TASS Yakutiya rəhbəri Aysen Nikolayevin fərmanına istinadən məlumat yayıb.

Normativ hüquqi aktlar portalında dərc olunan sənəd 2024-cü ildə miqrantların anbar sənayesində və köməkçi nəqliyyat fəaliyyətində, poçt və kuryer xidmətləri sahəsində işləməsini də qadağan edir. Bundan başqa, əcnəbi mütəxəssislər kənd təsərrüfatı, ovçuluq, balıqçılıq, istehsalat, tikinti, topdan və pərakəndə ticarətlə bağlı bir sıra digər iqtisadi fəaliyyət növlərindən kənarlaşdırılacaq.

Respublika başçısının fərmanına əsasən, Yakutiyada miqrantların təhsil, səhiyyə və sosial xidmətlər sahəsində fəaliyyətlə bağlı bəzi sahələrdə işləməsi də qadağan ediləcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiyanın əmək bazarında 2,5 milyona yaxın insan çatışmır. Dövlət başçısının sözlərinə görə, kadr çatışmazlığı problemini əməkçi miqrantların köməyi ilə həll etmək üçün onların cəlb edilməsi ilə bağlı işi təkmilləşdirmək, onların qanunlara əməl etmələrini, dil öyrənmələrini təmin etmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930